Formula 1 pilotlarının dəbilqəsinə kamera yerləşdiriləcək

24 Yanvar, 16:41 Sosial mediada paylaşın:
Yeni mövsümdən Formula 1 pilotlarının dəbilqəsində kameralar quraşdırılacaq. Artıq Formula 1 rəhbərliyi İtaliyanın “Racing Force Group” şirkəti ilə müqavilə imzalayıb. “Driver`s Eye”, tərcümədə “Pilotun gözü” adını daşıyan kameralar Beynəlxalq Avtoidman Federasiyasının sertifikatına layiq görülüb. 8 mm diametrli kameraların çəkisi 1,43 qramdır. Kamera pilotun dəbilqəsində, göz nahiyəsinə yaxın hissədə quraşdırılacaq. Yeni mövsümdən hər bir pilot bu kameranı dəbilqəsinə taxmaq məcburiyyətindədir. Qeyd edək ki, artıq mini kameralar İndyCar və Formula E yarışlarında istifadə olunur. Ötən mövsüm isə Formula 1 komandalarının pilotları təcrübə məqsədilə ondan yararlanmışdı.
Yeri gəlmişkən, Beynəlxalq Avtoidman Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun 20 milyard dollara Formula 1-in səhmlərini almaq istəyi ilə bağlı xəbərlərə münasibətini bildirib. FİA rəhbəri belə təkliflərə həssas yanaşdıqlarını söyləyib. Onun fikrincə, sahibkarlar maliyyə məsələlərində ehtiyatlı olmalı və hər şeyin pulla almağa cəhd etməməlidir. İndiki məqamda idmanın özünü və strategiyasını fikirləşmək lazımdır. Yarışları pulun deyil, sağlam təfəkkürün gücü ilə idarə etmək lazımdır.

CANLI YAYIM