Maks Ferstappenə növbəti etimad

28 Dekabr, 16:47 Sosial mediada paylaşın:
Maks Ferstappen mövsümün ən yaxşı pilotu ilə bağlı keçirilən növbəti sorğuda birinci olub.
Son iki dünya çempionatını qalibi olan “Red Bull” sürücüsünə bu dəfə Formula 1 komandalarının rəhbərləri etimad göstərib. Niderlandlı pilot bu günlərdə keçirilən sorğuda 207 xal toplayıb. Ondan 73 xal az geri qalan “Ferrari”nin üzvü Şarl Lekrler 2-ci yeri tutub. “Mersedes”i təmsil edən Corc Rassell isə 127 xalla 3-cü yerə sahib çıxıb. Səsvermədə dünya çempionlarından Lüis Hemilton 4-cü, Fernando Alonso 8-ci, Sebastyan Fettel isə 10-cu olub. Maraqlıdır ki, çempionatda 8-ci yerə sahib çıxan “Alpin” komandasının üzvü Esteban Okona ilk “10-luq”dan kənarda qalıb.

CANLI YAYIM