Formula 1-də "Ford" mühərriklərindən istifadə oluna bilər

15 Dekabr, 14:21 Sosial mediada paylaşın:
2026-cı ildə Formula 1-də “Ford” mühərriklərindən istifadə oluna bilər.
Nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, hazırda “Red Bull” komandası Amerika avtomobil şirkəti ilə danışıq aparır. Amma “Ford” “Red Bull”un səhmlər paketinə sahib çıxmaq fikrində deyil. Məsələ ondadır ki, bir müddət əvvəl Avstriya komandası ilə “Porşe” arasında da bu istiqamətdə danışıqlar olmuşdu. Nəticədə, Fransa kompaniyası “Red Bull”un şərtləri ilə razılaşmamışdı. Elə “Ford” da “Red Bull”un bu təklifini qəbul etmək istəmir. Tərəflər arasında razılıq əldə olunsa, amerikalılar “Red Bull” üçün mühərrikləri elə onların öz zavodlarında hazırlayacaqlar.

CANLI YAYIM