«Neftçi» rəhbərliyi Yusuf Lavala yeni müqavilə təklif edib.
Fəqət, 24 yaşlı legioner hələlik təklifə müsbət cavab verməyib . Türkiyədən və Avropanın bəzi ölkələrindən təkliflər alan afrikalı yarımmüdafiəçi qərar veməyə tələsmir. “Neftçi” rəhbərliyi isə Lavalın maaşını da artırmağa hazırdı. Azərbaycanda üçüncü mövsümünü keçirən nigeriyalı yarımmüdafiəçinin hazırda davam edən müqaviləsi gələn ilin yayında başa çatacaq.