Mik Şumaxer "Haas"dan ayrılmağı planlaşdırır

31 Avqust, 17:32 Sosial mediada paylaşın:
Formula 1-də çıxış edən “Haas” komandası mövsümün sonunda Mik Şumaxerlə vidalaşacaq. Buna  almaniyalı pilotun “Ferrari” akademiyası ilə müqavilə müddətini yeniləmək istəməməsi səbəb olub. Avropa mətbuatının məlumatına görə, 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu növbəti mövsüm “Alpin”, “Uilyams” və “Alfa Romeo”da çıxış edə bilər. “Haas” isə Mikin boşluğunu Antonio Covinatsi ilə doldurmağa çalışır.
Yeri gəlmişkən, “Aston Martin” pilotu Sebastyan Fettel Şumaxerə dəstək olub: SİTAT “Ona qarşıdakı yarışlarda böyük uğurlar arzulayıram.  Təəssüf ki, hazırda pilotlara nəticələrə görə qiymət verirlər. Mik isə hələ öyrənir.  Halbuki, digər gənc pilotlar bunu etmir. Şumaxerin üstünlüyü də bundadır. Hazırda Mikin bolidi elə də sürətli deyil. Yarış zamanı özünü göstərə bilməsə də, trassdan kənarda qətiyyətli bir pilot kimi görsənir. Ümid edirəm ki, Şumaxer Formula 1-də sürətli bolid idarə edəcək. Bəlkə də, Maklaren ona bu şansı yaradacaq”  SİTATIN SONU 
Xatırladaq ki, hazırda 14 yarışdan sonra Mik Şumaxer 20 pilot arasında 12 xalla 15-ci yeri tutur. Onun komanda yoldaşı Kevin Maqnussen isə 22 xalla 11-ci pillədə qərarlaşıb. Çempionata isə 284 xalla “Red Bull” pilotu Maks Ferstappen başçılıq edir.

CANLI YAYIM