"Audi" "Alfa Romeo"nun səhmlərinə sahib çıxıb?

21 İyun, 13:59 Sosial mediada paylaşın:
“Volksvagen” konserninə tabe olan “Audi” kompaniyası Formula 1-də çıxış edən “Alfa Romeo” ilə razılığa gəlib.
Bu şirkət 2026-cı ildən “Alfa Romeo”ya sahib çıxacaq. Məhz həmin ildən qüvvəyə minəcək mühərriklərlə bağlı yeni reqlament açıqlandıqdan sonra bu əməkdaşlıqla bağlı saziş qüvvəyə minəcək. Bəzi mənbələrin məlumatına görə, “Audi” bir müddət əvvəl “Alfa Romeo” adı ilə mübarizə aparan “Zauber”in səhmlərinin 25 faizinə sahib çıxmışdı. Yeni əməkdaşlıq sayəsində daha 50 faiz “Audi”nin əlinə keçəcək. Bu əməkdaşlıq sayəsində “Alfa Romeo” daha böyük gəlir əldə edəcək. Buna baxmayaraq, “Alfa Romeo”nun baş direktoru Ftederik Vasser üstünlüyü “Uilyams”a verdiyini söyləyib. O, “Uilyams”ın “Volksvagen” və Almaniya ilə sıx münasibətlərinin olduğunu bildirib. Xatırladaq ki, “Audi”nin “Maklaren”i almaq istədiyi ilə bağlı məlumatlar dolaşırdı. Amma bu komandanın direktoru Zak Braun komandasının satılmadığını söyləyib.

CANLI YAYIM