Günter Ştayner: "Azərbaycan Qran-prisi hələ uzun müddət Formula 1 təqvimində qalacaq"

7 İyun, 13:00 Sosial mediada paylaşın:
Formula 1 həvəskarları həftəsonu keçiriləcək Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir. Bakının küçələrində təşkil olunacaq yarış Formula1 komandalarının üzvlərinin də ürəyincədir. Bunu Qran-pridən əvvəl səsləndirilən fikirlərlə tanış olarkən də görmək olar. “Haas” komandasının rəhbəri Günter Ştayner mətbuata açıqlamasında Azərbaycan Qran-prisi haqqında xoş fikirlər səsləndirib: “Bakı haqqıda ancaq xoş sözlər deyə bilərəm. Şəhərin gözəlliyinə söz ola bilməz. Yarış trassı da mükəmməldir. Buradakı Qran-priyə qədər mən Bakı haqqında heç nə bilmirdim. İndi isə deyə bilərəm ki, Azərbaycan Qran-prisi hələ uzun müddət Formula 1 təqvimində qalacaq”.Ştayner Bakıda uğurla çıxış edəcəklərinə inandığını söyləyib: “Əsas odur ki, bolidi yarışa doğru kökləyə bilək. Fikrimcə, Bakıda yaxşı nəticə üçün mübarizə apara bilərik. Biz Monte Karlo və İspaniyada da müsbət nəticəyə ümid edirdik, amma planlarımız baş tutmadı. Səbirsizliklə Bakıdakı yarışı gözləyirəm”Xatırladaq ki, “Haas” komandasında danimarkalı Kevin Maqnussenlə almaniyalı Mik Şumaxer mübarizə aparır. Çempionatın 7 mərhələsindən sonra Amerika Birləşmiş Ştatlarını təmsil edən bu komanda Mühəndislər Kubokunda 15 xalla 8-ci yerdə qərarlaşıb.

CANLI YAYIM