Valtteri Bottas Bakıdakı yarışdan danışıb

3 İyun, 17:48 Sosial mediada paylaşın:
Formula 1 komandaları növbəti həftəsonu Bakıda keçiriləcək Azərbaycan Qran-prisinə hazırlaşır.
Artıq bəzi pilotlar Bakıdakı yarış haqda proqnozları ilə diqqət çəkməyə başlayıb. “Alfa Romeo” pilotu Valtteri Bottas yarışın onlar üçün uğurlu keçəcəyinə inandığını söyləyib: “Bizim bolidin texniki keyfiyyətləri Monakodakı döngələrə uyğun deyil.  Bakıdakı trassın döngələri isə standartdır. Orada Monakodakı kimi sərt döngələr yoxdur. Yalnız İçərişəhər ətrafında sərt döngəyə rast gəlirik. Bu da bizim xeyrimizə işləyəcək”. Xatırladaq ki, finlandiyalı pilot Monako Qran-prisini 9-cu sırada başa vurmuşdu.

CANLI YAYIM