"Red Bull" Serxio Pereslə müqaviləni yeniləyib

2 İyun, 17:11 Sosial mediada paylaşın:
Formula 1-də çıxış edən “Red Bull” meksikalı pilotu Serxio Pereslə müqaviləni yeniləyib. Avstriya komandası bunu Peresin Monako Qran-prisində qalib gəlməsindən sonra reallaşdırıb. Beləliklə də, Serxio 2024-cü ilin sonuna qədər “Red Bull” bolidinin sükanı arxasında olacaq. Bununla yanaşı, Peresin məvacibi də artırılıb. İlə 8 milyon dollar məvacib alan meksikalı pilot bundan sonra mövsümə 10 milyon dollar qazanacaq.  Xatırladaq ki, hazırda Peres şəxsi birincilikdə 110 xalla 3-cü pillədə qərarlaşıb. Çempionatın lideri isə 125 xalla onun komanda yoldaşı Maks Ferstappendir. Peresdən 6 xal artıq toplayan “Ferrari” pilotu Şarl Lekler isə ikinci pillədə qərarlaşıb.
“Red Bull”dan fərqli Beynəlxalq Avtoidman Federasiyasında ayrılıq baş verib. 2017-ci ildən bu qurumda Formula 1 üzrə baş katib vəzifəsində çalışan Piter Bayer istefa verib. O, həmçinin 2021-ci ildən icraçı direktor idi.  Bayerin gedişinin səbəbi ictimaiyyətə açıqlanmayıb. Bu vəzifə  Şayla Enn Raoya həvalə olunub. Enn Rao bu günə qədər Beynəlxalq Avtoidman Federasiyasında hüquq məsələləri üzrə direktor vəzifəsində çalşıb. O, həmçinin “Mersedes” komandasında hüquq məsləhətçisi kimi də fəaliyyət göstərib.

CANLI YAYIM