Çin Qran-prisi ləğv olunub

6 Fevral, 12:30 Sosial mediada paylaşın:
Koronavirus epidemisyasına görə Formula 1-in Çin qran-pri yarışı təxirə salınıb.
Bu virus tamamilə aradan qalxmayınca Şanxayda yarış keçirilməyəcək. Artıq Təşkilat Komitəsi də məsələ ilə bağlı qərarını açıqlayıb. Qeyd edək ki, bir müddət əvvəl Formula E üzrə Çin qran-prisinin də baş tutmayacağı bildirilmişdi. Həmin yarış martın 21-də, Formula 1 Çin qran-prisi isə aprelin 5-də olmalı idi.
Qeyd etmək yerinə düşər ki, mətbuatda Şanxay qran-prisi ilə sentyabr ayında Soçidə təşkil edilməli olan yarışın yerinin dəyişdiriləcəyi barədə məlumat yayılmışdı. Amma Rusiya tərəfinin təklifi rədd etməsi səbəbindən planın rellaşması mümkün deyil.

CANLI YAYIM