Lüis Hemilton "Formula 1"dən gedəcəyi vaxtı açıqlayıb

26 Noyabr, 09:41 Sosial mediada paylaşın:
"Mercedes" pilotu Lüis Hemilton "Formula 1"dən gediş vaxtını açıqlayıb.
 
6 qat dünya çempionu hazırda özünü yaxşı hiss etdiyini bildirib.
 
Onun sözlərinə görə, hazırlıq səviyyəsi nə vaxtsa pisləşsə, məşq etməyə bilər: "Sözsüz ki, lazımi səviyyəni saxlamağın mümkün olmadığı an yetişəcək. Yüksək səviyyədə davam etdirmək üçün çox şeyi qurban vermək lazımdır. Ailə və dostlardan uzaqda çoxlu vaxt keçirmək lazım gəlir. Nə vaxtsa elə bir an gələcək ki, bu növlə məşğuliyyət istəməyəcəksən".
 
Qeyd edək ki, Lüis Hemilton "Formula 1"də 2007-ci ildən çıxış edir. 34 yaşlı pilot "Mercedes"ə 2013-cü ildə gəlib. Onunla müqavilə 2020-ci ilin sonunda başa çatacaq. 

CANLI YAYIM