Rusiyalı iş adamı "Mercedes" komandasını almaq istəyir

17 Noyabr, 18:24 Sosial mediada paylaşın:
Rusiyalı iş adamı Dmitri Mazepin və amarikalı milyarder Rocer Penske "Formula 1"də çıxış edən "Mercedes" komandasını almaq istəyir.
 
Hələlik Almaniya təmsilçisinin 2021-ci ildə qüvvəyə minəcək yeni razılaşma müqaviləsini imzalayıb-imzalamayacağı məlum deyil. Deyilənə görə, layiqli alıcı olacağı təqdirdə, komanda satışa çıxarıla bilər.
 
Qeyd edək ki, geridə qalan altı mövsüm ərzində "Mercedes" həm fərdi yarışlarda (5 dəfə Lüis Hemilton, 1 dəfə Niko Rosberq) həm də Konstruktorlar Kubokunda çempion olub. 

CANLI YAYIM