"Alfa Romeo" Kimi Raykkonenlə müqaviləni yeniləməyəcək

6 İyul, 17:33 Sosial mediada paylaşın:
“Alfa Romeo” Formula 1 üzrə sabiq dünya çempionu Kimi Raykkonenlə əməkdaşlığı dayandırmağa hazırlaşır. 
Avropa mətbuatının məlumatına görə, İtaliya komandasının rəhbərliyi finlandiyalı pilotla müqavilə müddətini yeniləməyəcək. Buna səbəb Raykkonenin bu mövsüm zəif təsir bağışlamasıdır. O, bu il komanda yoldaşı Antonio Covinatsi ilə birgə  bir xal toplayıb. Amma təsnifat mərhələlərində Covinatsi Raykkonendən daha yaxşı çıxış edir. Deyilənə görə, “Alfa Romeu” növbəti mövsüm üçün “Mersedes”dən ayrılacağı gözlənilən Valtteri Bottasa təklif göndərəcək.

CANLI YAYIM