"Volksvagen" Formula 1-ə qatıla bilər

5 Mart, 16:35 Sosial mediada paylaşın:
Formula 1-də reqlament yeniləndikcə, təkcə komandaların yox, həm də çempionatı strategiyası dəyişir. Bu həm də “Kral avtoyarışları”ında yeni komandaların debüt etməsinə şərait yaradır. 2025-ci ildə mühərriklərlə bağlı reqlament dəyişikliyi yarışda komanda sayını artıra bilər.
“Volksvagen” Formula 1-ə qatılmaq istəyir. Bu barədə şirkətin yarış proqramları üzrə rəsmisi Frits Entsinger məlumat verib. O, mətbuata açıqlamasında indiki məqamda gözləmə mövqeyi tutduqlarını söyləyib.   “Volksvagen” mühərriklərlə əlaqədar reqlament dəyişikliyinin detallarını müzakirə etdikdən sonra belə qərar qəbul edəcək. Məsələ ondadır ki, 2025-ci ildə Formula 1-də ekoloji yanacaqdan istifadə olunacağı ilə bağlı plan layihəsi hazırlanır. Komandaların hibrid mühərriklərə keçidi “Volksvagen”i  Formula 1-də çıxış etmək üçün stimullaşdıra bilər.
BBC telekanalının məlumatına görə, “Volksvagen” Formula 1-də iştirak etməyə razılaşacağı halda, şirkəti yarışlarda “Porşe” və ya “Audi” təmsil edə bilər. Amma kompaniyanın komanda, yoxsa mühərrik istehsalçısı kimi iştirak edəcəyi məlum deyil.  Bəzi mənbələrin yazdığına görə, artıq “Volksvagen” “Red Bull”, “Maklaren” və “Uilyams”la danışıqlar aparır. Amma bu komandalar həmin görüşlər haqda məlumat verməkdən imtina edib.

CANLI YAYIM