Ferstappen gözünü Hemiltonun yerinə dikməyib

26 Fevral, 17:30 Sosial mediada paylaşın:
Sebastyan Fettelin dövründə ardıcıl 4 il çempion olan “Red Bull” hazırda “Mersedes”in öhdəsindən gələ bilmir. Halbuki istedadına görə, komandanın hazırkı pilotu Maks Ferstappen heç də almaniyalı həmkarından geri qalmır. Sadəcə, hazırda “Mersedes” “Red Bull”un planlarına mane olur. Bəs görəsən, Maks titul qazanmaq üçün növbəti il “Mersedes”ə keçə bilərmi? Niderlandlı pilot özü bu suala cavab verib.
Maks Ferstappen növbəti mövsüm “Mersedes”ə keçə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. “Red Bull” pilotu Lüis Hemiltonun gələcək planlarının onun seçiminə təsir etməyəcəyini söyləyib: “Hemilton”un hansı planlar cızdığından xəbərsizəm. Onun “Mersedes”də qalıb-qalmayacağı mənim planlarıma təsir göstərmir. İndiki məqamda yalnız öz çıxışım haqda fikirləşirəm. Əsas hədəfim yeni mövsümə ciddi hazırlaşmaq və onu uğurla başa vurmaqdır. Uzaq gələcəklə bağlı heç nə fikirləşmirəm”.Niderlandlı pilot növbəti mövsümdən “Red Bull”un öz mühərriklərində istifadə edəcəyinə də münasibət bildirib: “Bu məsələ də heç nəyi dəyişməyəcək. Razıyam, “Red Bull”un mühərriklərini özü istifadə etməsi, yaxşı haldır, amma bu məni düşündürən məsələ deyil. Hər şeydən əvvəl məqsəd uğurlu mövsüm keçirməkdir. Komandada mühərriklərlə bağlı məsələlərə başqa adamlar baxır. Bu məsələyə fərqli münasibət bildirə bilmərəm. Komanda bu problemi həll etdiyinə əmindirsə, buna yalnız sevinə bilərəm”

CANLI YAYIM