Formula 1-də Çin Qran-prisi bu il də ləğv edilə bilər

8 Yanvar, 17:36 Sosial mediada paylaşın:
Koronavirus pandemiyası bu mövsüm də Formula 1-in planlarına mənfi təsir göstərə bilər. Artıq dünya mətbuatında müəyyən Qran-prilərin təxirə salınacağını və hətta ləğv ediləcəyi ilə bağlı məlumatlar yer alır.
Formula 1 rəhbərliyi yaxın günlərdə yeni mövsümün təqvim planında dəyişiklər etməyə hazırlaşır. Avropa mətbuatının məlumatına görə,  bir neçə gündən sonra Avstraliya Qran-prisinin təxirə salınacağı haqda ictimaiyyətə məlumat verəcək. Buna baxmayaraq, ötən mövsümlə müqayisədə Melburndakı yarış keçiriləcək. Sadəcə, bu Qran-prinin noyabrın 21-də təşkili planlaşdırılır. Avstraliyadan fərqli Çin Qran-prisinin taleyi sual altındadır. Təqvimə əsasən, Şanxaydakı yarışın təşkilatçıları onu aprelin 11-də keçirə bilməsə, yürüş ümumiyyətlə ləğv edilə bilər.  Bir neçə gün bundan əvvəl  Formula 1-in yeni rəhbəri Stefano Domenikali komandaların rəhbərləri ilə videoformatda görüş keçirib. Onlayn toplantıda İmola və Portuqaliya Qran-prisinin təşkil olunması ilə bağlı variant da müzakirə olunub.
Yeri gəlmişkən, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-prisinin bu ilin planına əsasən iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub. 

CANLI YAYIM