Azərbaycan güləşçiləri Serbiyada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

16 Dekabr, 11:08 Sosial mediada paylaşın:
Dekabrın 15-də Dünya Güləş Birliyinin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev və sərbəst güləş yığmamızın üzvləri Serbiyada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
AGF-nin rəhbəri və millimizin üzvləri paytaxt Belqradın mərkəzində - Taşmaydanda Ulu Öndərin abidəsi önünə əklillər qoyaraq, xatirəsini yad ediblər.
Qeyd edək ki, fərdi dünya kuboku yarışlarında sərbəst güləş üzrə mübarizəyə dekabrın 16-da start veriləcək. Dekabrın 18-dək davam edəcək yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

CANLI YAYIM