Formula 1 nə vaxt hibrid mühərriklərinə keçəcək?

13 Noyabr, 16:37 Sosial mediada paylaşın:
Avtomobil sənayesi inkişaf etdikcə, bundan avtoidman yarışları da fayda götürür. Adətən, avtomobil istehsalçıları tətbiq etdikləri yenilikləri öncə avtoidman yarışlarında sınayrılarsa, bəzən bunun əksini müşahidə edirik. Belə yeniliklərdən biri də hibrid mühərrikləridir.
Formula 1-də hibrid komponentləri ilə daxili yanma mühərriklərindən 2025-ci ildən sonra istifadəyə veriləcək. Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Bununla yanaşı, “Kral avtoyarışları”nda 2030-cu ildən gec olmayaraq benzindən tamamilə imtina ediləcək. Xatırladaq ki, mövcud mühərrikləri dəstəkləyən reqlament 2025-ci ilə qədər qüvvədə qalacaq. Həmin müddətə qədər komandaları yalnız “Mersedes”, “Ferrari” və “Reno” mühərriklə təmin edəcək.Mütəxəssislərin fikrincə, hazırkı mühərriklər qiymət amilinə görə komandalara sərf etmir. Məhz buna görə Formula 1-ə yeni komandalar qoşulmaq istəmir. Yarışda mübarizə aparan komandalar daha yüngül mühərriklərdən istfadə etməkdə maraqlıdır. Xatırladaq ki, 2021-ci ildən Yaponiyanın “Honda” şirkəti də Formula 1 komandaları üçün mühərrik istehsal etməyəcək. Hazırda bu şirkət “Red Bull” və “Alfa Tauri” ilə əməkdaşlıq edir.

CANLI YAYIM