Hemilton İspaniya Qran-prisinin qalibi oldu

17 Avqust, 11:32 Sosial mediada paylaşın:
  Formula 1 üzrə dünya çempionatının 6-cı mərhələsi - İspaniya Qran-prisi başa çatıb. 1 dövrəsi 4 kilometr 655 metrdən ibarət yarışda ümumi məsafə 307.2 km olub. Finiş xəttini hamıdan tez Lüis Hemilton keçib. “Mersedes”in britaniyalı pilotu 1 saat 31 dəqiqə 45,279 saniyə nəticə ilə ilk pillədə qərarlaşıb. Bununla da, o, 156-cı dəfə qələbə qazanaraq Mixail Şumayxerin rekordunu yeniləyib. “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen liderdən 24,177 saniyə geri qalıb. Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas isə ilk 3-lüyü tamamlayıb. O, finiş xəttini Hemiltondan 44,752 saniyə gec keçib.   
  Dünya çempionatının növbəti mərhələsi Belçikada olacaq və avqustun 28-dən 30-dək davam edəcək.

CANLI YAYIM