Formula 2-nin gələcəyi təhlükədədir

16 İyun, 10:24 Sosial mediada paylaşın:
Pandemiya avtoidman yarışlarına ciddi zərbə vursa da, onların hamısında vəziyyət eyni dərəcədə deyil. Məsələn, gəliri daha çox olan pilotların yarışı Formula 1-də böhranın qarşısını almaq üçün konkret addımlar atılır.Lakin bu sözləri Formula 2-yə aid etmək olmur.
Formula 1-İN sabiq pilotu Jan Alizi Formula 2-nin gələcəyi ilə bağlı narahat olduğunu söyləyib. Onun fikrincə, sponsorların pilotlardan üz döndərməsi, ümumiyyətlə, mövsümün birdəfəlik yarımçıq qalmasına səbəb ola bilər: “Vəziyyət təsəvvür olunmayacaq qədər dəhşətlidir. Çünki burda komandaların hər bir üzvünun heyətdə yerini qoruması üçün sponsorların xərc çəkməsi vacibdir. İndiki şəraitdə mövsümün sərt tələblərlə keçiriləcəyini nəzərə alan sponsorlar yarışa vəsait ayırmaqdan imtina edir. Onlara belə məhdudiyyətlər sərf etmir. Artıq bir neçə pilotun sponsoru əməkdaşlığı dayandırdığını açıqlayıb. Onları narahat edən məsələlərdən biri də budur ki, yarış təxminən iki ay ərzində keçiriləcək. Ona görə də sponsorlar pilotlara məktub göndərərək vəsait ayırmayacaqlarını söyləyirlər. Əsas problem bütün yarışların eyni vaxtda keçirilməsidir. Futbol üzrə Çempionlar Liqası, A Seriyası və Formula 1 eyni vaxtda keçirilirsə, sponsor seçim etməyə məcbur olur. Mən bu problemin həllini görmürəm. Hərçənd Formula 1-də Ross Braun və Jon Todt kimi güclü rəhbərlər var. Onlar necə işləməyin yolunu bilir. Ümid edirəm, belə mahir funksionerlər uşaqların gələcəyini xilas edəcəklər”.
 

CANLI YAYIM