Rikkardo Şumaxeri Formula 1 tarixinin ən sürətli pilotu hesab etmir

18 May, 11:46 Sosial mediada paylaşın:
“Reno” komandasının üzvü  Daniel Rikkardo Mixail Şumaxeri Formula 1 tarixinin ən sürətli pilotu hesab etmir.
Növbəti mövsüm “Maklaren”in heyətində çıxış edəcək avstraliyalı pilot çempionat tarixində iz qoyan idmançıların xüsusiyyətləri haqda maraqlı rəylər söyləyib: “Mixail Şumaxerin Formula 1 tarixində ən sürətli pilot olduğunu düşünmürəm. Alen Prosta gəlincə, o sadəcə ağıllı sürücü olub və məhz bunun sayəsində uğur qazanıb. Ayrton Senna isə nəyin bahasına olursa olsun, qalib gəlməyi sevirdi. Mən xüsusi olaraq Mario Andrettinin də adını çəkərdim. O, öz bacarığı sayəsində müxtəlif  yarışlarda fərqlənə bilirdi. Məsələn, o “İndyCar”ı məhz bacarığı sayəsində Formula 1-ə dəyişib”.

CANLI YAYIM