Mixael Şumaxer Formula 1 tarixində ən nüfuzlu şəxs elan olunub

14 May, 11:34 Sosial mediada paylaşın:
"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer yarışın tarixində ən nüfuzlu şəxs elan olunub.
Bununla bağlı keçirilən səsvermədə almaniyalı pilot azarkeşlərin 61 faizinin səsini toplayaraq birinci olub. “Formula 1”-in 70 illik yubileyinə həsr olunan səsvermədə yarışın sabiq rəhbəri Berni Ekklstoun ikinci yeri tutub. Səsvermənin nəticəsini avtoidman dünyasının nüfuzlu şəxsləri yüksək qiymətləndiriliblər.  Xatırladaq ki, 51 yaşlı Şumaxer “Jordan”, “Benetton”, “Ferrari” və “Mercedes” komandalarında çıxış edib.
2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayan keçmiş pilot başından aldığı ağır zərbədən sonra komaya düşmüşdü.

CANLI YAYIM