FİA Formula 1 mövsümünün iyulda startına razılıq verib

11 May, 12:41 Sosial mediada paylaşın:
Beynəlxalq Avtoidman Federasiuası Formula 1-də mövsümün iyulun 5-də Avstriyada start götürməsinə razılıq verib.
Xarici mətbuatın yazdığına görə, Avstriya və Böyük Britaniya ardıcıl iki Qran-pril keçirə biləcək. Yarışlar Avstriyada iyulun 5-də və 9-da, İngiltərədə isə həmin ayın 19-u və 23-də təşkil ediləcək. FİA-nın tövsiyyəsinə əsasən, bu ölkələrdə komandalar turnir üçün ayrılan xüsusi otellərdə məskunlaşacaq.
Maraqlıdır ki, Qran-prilərə jurnalistlər də buraxılmayacaq. Yarışı yalnız televiziya işçiləri işıqlandıra biləcək.  

CANLI YAYIM