Avstriya Formula 1-in ilk yarışını yüksək səviyyədə keçirə biləcək

4 May, 11:43 Sosial mediada paylaşın:
Formula 1-in sabiq rəhbəri Berni Ekklstounun fikrincə, Avstriya Qran-prisinin təşkilatıçıları mövsümün ilk yarışını yüksək səviyyədə keçirə biləcək.
Amma 89 yaşlı funksionerin sözlərinə görə, İtaliya komandalarının  Avstriyaya gəlməkdə problemləri yaranacaq: “Red Bull”un sahibi Ditrix Mateşits yarışı təşkil etməyə şad olacaqlarını bildirib. Düzdür, “Red Bull Rinq”dəki Qran-pri azarkeşsiz keçiriləcək. Amma könüllülər yarışın yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək. Bilet satışı olmayacağından, Mateşits də Formula 1-ə heç nə ödəməyəcək. Amma mən “Ferrari” və “Alfa Tauri”nin Avstriyaya gəlmək üçün problemlə üzləşəcəyini düşünürəm”.

CANLI YAYIM