Ekklstoun komandalara görə narahatdır

30 Mart, 13:15 Sosial mediada paylaşın:
Formula 1-in sabiq prezidenti Berni Ekklstoun koronavirusun komandalara ciddi zərbə vuracağından narahatdır.
Mətbuata açıqlama verən 89 yaşlı funksioner pandemiyanın vəziyyəti daha da ağırlaşdıracağını söyləyib: “6 aydan sonra koronavirus üzərində qələbə qazanılacaq və bu bəla artıq problemə çevrilməyəcək. Amma Formula 1 əvvəlki kimi əzəmətli yarışı təşkil edə bilməyəcək. Azarkeşlərin tribunalara buraxılıb-buraxılmayacağı da bilinmir. Hər şey plan əsasında həyata keçirilməlidi. Qəfil yerindən durub “gəlin gedək Silverstounda yarış keçirək” deyə bilməzsən. Hələ iştirakçılarla bağlı narahatlıq da var. Həmin vaxt komandalar saxlanılacaqmı? Mübarizəyə qoşula biləcəklərmi? Qazanc yoxdursa, “Uilyams” kimi iddiasız komanda məvacibləri necə ödəsin?”

CANLI YAYIM