Ferstappen büdcəyə limit qoyulmasında məna görmür

2 Mart, 15:19 Sosial mediada paylaşın:
“Red Bull” pilotu Maks Ferstappen Formula 1-də büdcəyə limit qoyulmasının rəqabətə təsir etməyəcəyini bildirib.
Qurumun rəsmi saytına açıqlamasında niderlandlı pilot deyib ki, artıq indidən komandalar 2021-ci il üçün tədbirlər görməyə başlayıb. Bu da o deməkdir ki, indi atılan addımlar ötən mövsümün nəticəsinə təsir göstərəcək. Fərqin aradan qalxması üçün bir neçə il gözləmək lazımdır.
Ferstappenin sözlərinə görə, qaydaları tez-tez dəyişmək faydalı deyil və hətta Formula 2-də də komandalar arasında səviyyə fərqi var.