"Mersedes" Formula 1-dən getməyəcək

22 Yanvar, 15:30 Sosial mediada paylaşın:
“Mersedes” rəhbərliyi 2021-ci ildə reqlament dəyişikliyindən sonra da çempionatda qalacaq.
İtaliyanın “Motorsport” nəşrinin məlumatında bildirilir ki, Almaniya avtoidman şirkəti “Kral avtoyarışları”nı tərk etmək istəmir. Mənbənin yazdığınıa görə, komandada ciddi dəyişikliklər gözlənilmir və növbəti ildə də “Mersedes”ə Toto Volff rəhbərlik edəcək. Bu həm də 6 dəfə dünya çempionu Luis Hemiltonun komandada qalması anlamına gəlir. Böyük ehtimalla britaniyalı pilot “Mersedes”lə daha 2 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, bir müddət öncə İtaliyanın “La Gazzetta dello Sport” nəşri Hemiltonun “Ferrari”yə keçəcəyini yazmışdı.