Kişilərdən ibarət güləş millimiz İstanbulda 1-ci yeri tutub

13 Yanvar, 12:00 Sosial mediada paylaşın:
İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri başa çatıb  Sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb.
Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan qadınlardan ibarət millimiz 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.
Sərbəst güləşdə Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü olub.