Sərbəst güləş yığmamızın İstanbulda təlim-məşq toplanışı başlayıb

27 Dekabr, 18:00 Sosial mediada paylaşın:
Sərbəst güləş yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.
Millimiz yanvarın 13-dək İstanbulda həm fiziki, həm də taktiki-texniki hazırlıq keçəcək. Hazırlıq prosesində Azərbaycan və Türkiyə ilə yanaşı, daha bir neçə ölkənin komandası iştirak edir. Millimizin heyətində 18 güləşçi yer alıb. Belə ki, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) hazırlıq prosesinə qatılıblar.
Qeyd edək ki, toplanışın yekununda millimizin üzvləri Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaqlar.