Bottas "Mersedes"dən ayrılacağağını istisna etmir

19 Dekabr, 00:56 Sosial mediada paylaşın:
“Mersedes” pilotu Valtteri Bottas 2021-ci ildən komandasını dəyişə biləcəyini istisna etməyib.
Formula 1 portallarından birinə açıqlama verən finlandiyalı pilot bunları söyləyib: “2021-ci ildə pilotların bazarında əsl canlanma yaşanacaq. Seçimi mən etməli olsam, təbii ki, “Mersedes”də qalmağa üstünlük verərdim. Mən bu komandanın prespektivinə inanıram. Burada pilot kimi inkişaf edirəm. Amma digər komandaların da təklifinə açıq olduğumu söyləyə bilərəm”.
Xatırladaq ki, Bottas cari mövsüm karyerasında ilk dəfə şəxsi birincilikdə 2-ci yeri tutub. 6-cı dəfə dünya çempionu olan komanda yoldaşı Lüis Hemilton onu 87 xal qabaqlayıb.