Fettel “Maklaren”ə keçməyi planlaşdırır

13 Dekabr, 11:35 Sosial mediada paylaşın:
“Ferrari” pilotu Sebastyan Fettel 2021-ci ildən karyerasını “Maklaren”də davam etdirə bilər.
İspaniyanın “Marka” nəşrinin məlumatına görə, Sebastyan artıq Böyük Britaniya komandasının rəhbəri Andreas Zaydlla bu məsələni müzakirə edib. Deyilənə görə, Sebastyan “Ferrari”də Şarl Leklerlə münaqişə yaşadığına görə komandasını dəyişmək istəyir.
Xatırladaq ki,  son mövsümdə Lekler çempionatda 4-cü, Fettel isə 5-ci yeri tutmuşdi. Komanda yoldaşını 24 xal fərqi ilə qabaqlayan fransalı pilot yola saldığımız mövsümdə 2 dəfə də finiş xəttini birinci keçmişdi.

CANLI YAYIM