Şumaxerin çempion olduğu maşın 6,6 milyon dollara öz sahibini tapıb

6 Dekabr, 16:13 Sosial mediada paylaşın:
Əbu-Dabidə keçirilən hərracda alman yürüşçü Mixael Şumaxerin 2002-ci il mövsümündə, özünün beşinci çempionluq ilində çıxış etdiyi “Ferrari F2002” maşını satışa çıxarılıb. Mixael Şumaxer bu bolidin sükanı arxasında San-Marino, Avstriya və Fransa Qran-prilərinin qalibi olub. Həmin mövsümdə onun hesabında ümumilikdə 17 yürüşdə 11 qələbə olub. Avtomobil 6,6 milyon dollara satılıb.
İDMANTV.AZ xəbər verir ki, 50 yaşlı Şumaxer Formula 1 yarışlarının yeddiqat çempionudur. O, ilk iki titulu 1994-cü və 1995-ci illərdə - “Benetton” komandasında çıxışı zamanı qazanıb, sonra isə 2000-2004-cü illərdə “Ferrari”nin pilotu olduğu vaxtda mövsümlərin yekunlarına görə daha beş dəfə ən güclü yürüşçü olub.