Azərbaycanda ilk dəfə tam məsafəyə marafon yarışı keçirilib

23 Dekabr, 12:30 Sosial mediada paylaşın:
Ölkəmizdə, müstəqillik dövründə ilk dəfə olaraq tam məsafəyə marafon qaçış yarışı keçirilib. Turnirdə Azərbaycanla yanaşı, xarici ölkələrdən gələn iştirakçılar da qüvvəsini sınayıb.
2024-cü ilin İdman paytaxtı Qubada təşkil olunan marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Belçika təmsilçiləri də yer alıblar. Yarışda ümumilikdə 132 atlet mübarizə aparıb. Qaçışməsafəsi 42 km 195 metr olan marafonda iştirakçılar Heydər Əliyev prospekti üzrə hərəkət ediblər. Yekunda kişilərin mübarizəsində Türkiyə təmsilçisi Ahmed Alkanoğlu 2 saat 40 dəqiqə 37 saniyəlik  göstərici ilə Prezident Kubokunun qalibi olub. Elman Abışov 2ci, Ağa Əliyev 3-cü yeri tutub.   İNTERŞUM
Qadınların mübarizəsində Leyla Abdinova 3 saat 28 dəqiqə 48 saniyə  nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuliya Belkova finişə 2-ci, Natalya Şiyanova isə 3-cü gəlib. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyasında müvafiq olaraq kişilərdə Qin Ru, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlarda isə Aynur Kazımova və Gülparə Əliyeva qalib adını qazanıblar.
Sonda qaliblərə kubok və hədiyyələr təqdim olunub.

CANLI YAYIM