“Böyük Dəbilqə” seriyalı turnirlərin iki qat qalibi Yannik Sinner mövsümü daha bir mükafatla başa vurub.
İtaliyalı raketka ustası azarkeşlər tərəfindən ilin ən sevilən tennisçisi mükafatına layiq görülüb. Yannik ardıcıl 2-ci il bu nominasiyada qalib gəlib. Xatırladaq ki, bu mükafat 21 il əvvəl təsis olunub. 2003-cü ildə Rocer Federer ilk dəfə azarkeşlərin ən sevimli tennisçisi seçilib. “Böyük Dəbilqə” seriyalı turnirlərin 20 qat qalibi 2021-ci ilə qədər ardıcıl hər mövsümün sonunda səsvermədə 1-ci yeri tutub. 2022-ci ildə isə Rafael Nadal bu nominasiyada fərqlənib. Qeyd edək ki, Sinner bu mövsüm 8 ATP yarışının qalibi olub. Təbii ki, bu mənada italiyalı raketka ustasının Avstraliya Açıq tennis turini və “US Open”i qazanmasını xüsusi qeyd etməliyik. Bununla yanaşı, Yannik mövsüm ərzində İdman TV ilə də yayımlanan 3 Masters yarışının və ilin yekun turnirinin də qalibi olub. Sinner həmçinin ATP reytinqinə başçılıq edən ilk italaliyalı tennisçi kimi də tarixə düşüb.