"Sabah" FIBA Avropa Kubokunda keçirdiyi ilk oyunda uduzub

10 Oktyabr, 10:00 Sosial mediada paylaşın:
Kişi basketbolçularından ibarət “Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib.
Təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” kollektivi ilə üz-üzə gəlib. İlk dəqiqələrdən rəqibin önə keçməsinə imkan verməyən təmsilçimiz ilk hissədə 2 xal fərqi ilə qalib gəlib - 26:24. Lakin sonradan təşəbbüsü ələ alan meydan sahibləri əsas fasiləyə öndə yollanıb. 49:42. Növbəti hissələrdə də rəqibə müqavimət göstərməkdə çətinlik çəkən “Sabah” basketbolçuları yekunda 1 xal fərqi ilə mübarizəni məğlub başa vurublar. 81:82. Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.

CANLI YAYIM