MBA-da mövqelər üzrə ən yaxşılar müəyyənləşdi

9 Oktyabr, 12:15 Sosial mediada paylaşın:
MBA-da mövqelər üzrə ən yaxşı basketboçular müəyyənləşib.
Klub menecerləri arasında keçirilən sorğuda ən yaxşı oyun qurucusu adına “Dallas Maveriks”in lideri Luka Donçiç layiq görülüb. Ən yaxşı hücumameyilli müdafiəçi isə “Minnesota Timbervulvz”un üzvü Entoni Edvards olub.  “Boston Seltiks”in ötən mövsüm çempion olmasında böyük pay sahibi olan Ceyson Teytum ən yaxşı yüngül forvard nominasiyasının qalibi olub. “Miluoki”də çıxış edən Yannis Adentokumbo  ən dəyərli ağır forvard, “Denver”in ulduz basketbolçusu Nikola Yokiç isə ən yaxşı mərkəz oyunçusu seçilib.

CANLI YAYIM