Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti raunda yüksəlib

27 Avqust, 09:48 Sosial mediada paylaşın:
Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında mübarizəyə başlayıb.
37 yaşlı idmançı ilk mərhələdə moldovalı Radu Albotla üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin inanlı qələbəsi ilə yekunlaşıb - 3:0 (6:2, 6:2, 6:4)
O, ikinci raundda həmyerlisi Laslo Dyere ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 75 milyon ABŞ dollarıdır. Cokoviç son olaraq Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub.

CANLI YAYIM