3x3 basketbol millimiz hazırkı olimpiya çempionuna qalib gəldi

1 Avqust, 11:08 Sosial mediada paylaşın:
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. Yığma komandamız ikinci turda Amerika Birləşmiş Ştatları yığması ilə qarşılaşıb. İlk turda ispaniya basketbolçuları ilə bacarmayan seçməmiz bu dəfə ümidləri doğruldub. Komandamız hazırkı olimpiya çempionuna yekunda 20:17 hesabı ilə qalib gəlib. Bu nəticə ilə komandamız turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırıb. 3x3 basketbol millimiz hazırda 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır.

CANLI YAYIM