"Sabah" səfərdə İsrail nəhəngini məğlub etdi

26 İyul, 12:00 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında iştirak edən digər təmsilçimiz “Sabah” isə səfərdə meydana çıxıb.
Masazır klubu Macarıstanın Kişvarda şəhərinin “Vekert” stadionunda İsrailin “Makkabi” Hayfa kollektivi ilə üz-üzə gəlib. İlk hissədə tərəflər bir-birinin müqavimətini qırmağa çalışsa da zərbələrdə dəqiqlik çatmayıb. Fasilədən sonra təşəbbüsü ələ alan “Sabah” futbolçuları bir saatın tamamında hesabı açıb. Komandanın yeni transferi Pavol Safranko Namik Ələskərovun ötürməsini qolla tamamlayıb. 78-ci dəqiqədə Jesse Sekidika ikinci dəfə rəqibi mərkəzə dəvət edib. 10 dəqiqə sonra isə Xəyal Əliyev 3-cü topu rəqib qapısından keçirərək “Sabah”ın qələbəsində pay sahibi olub. “Makkabi” Hayfa – “Sabah” 0:3. Qeyd edək ki, “Sabah” cavab qarşılaşmasına avqustun 1-i saat 20:00-da çıxacaq. Görüş Masazır qəsəbəsinin “Bank Respublika” Arenasında keçiriləcək.

CANLI YAYIM