"Qarabağ" "Ayaks"la oyunda da xalsız qaldı

25 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ” Bakıda “Ayaks”la qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.
"Ayaks"ın qollarını Kennet Teylor, Vaut Veqhorst və Çuba Akpom vurublar.
"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulublar.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə "Bodo Qlimt"ə qarşı keçirəcək.

CANLI YAYIM