"Sabah" ardıcıl 3-cü oyununda da uduzdu

24 Oktyabr, 11:30 Sosial mediada paylaşın:
“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda 3-cü oyununu keçirib. G qrupunda yarışan komandamız Bakı İdman oyunları sarayında İsveçin “Nörçöpinq Dolfins” klubu ilə qarşılaşıb.  İlk dövrə bərbabər mübarizə şəraitində keçşsə də, təmsilçimiz ikinci bölümdə təşəbbüsü ələ alıb. Nəticədə Rimas Kurtinaytisin komandası fasiləyə 5 xal fərqilə üstün yollanıb. 3-cü perioddan etibarən İsveç komandası təzyiqi artırıb. Buna baxmayaraq, “Sabah” son dəqiqələrə qədər oyunu nəzarət altında saxlayıb. Amma matçın sonlarında qonaqlar vəziyyəti xeyrinə dəyişə bilib. Nəticədə “Sabah” “Nörçöpinq”ə 70:74 hesabı ilə məğlub olub. “Sabah”ın heyətində ən çox xal yığan oyunçu Hassani Qravett olub. Amerikalı basketbolçu meydanı 20 xalla tərk edib. “Nörçöppinq”in heyətində 22 xal toplayan Markus Tyus isə matçın ən məhsuldar oyuçusu olub.
Xatırladaq ki, komandamız bu mövsüm FIBA Çempionlar Liqasının I təsnifat mərhələsinidə “Nörçöppinq”lə qarşılaşmış və bu rəqibinə İstanbulda 71:75 hesabı ilə məğlub olmuşdu. Həmin oyundan sonra Avropa Liqasında oynamaq imkanı qazanan təmsilçimiz Belçikanın “Spiru” və Yunanıstanın “Marussi” klublarına da uduzub. Hazırda qrupda sonuncu yeri tutan  “Sabah” növbəti oyununu oktyabrın 30-da Bakıda “Spiru” komandasına qarşı keçirəcək.

CANLI YAYIM