"Barselona" Niko Vilyamsla razılığa gəldi

24 İyul, 12:20 Sosial mediada paylaşın:
“Barselona” “Atletik Bilbao”da çıxış edən İspaniya millisinin cinah hücumçusu Niko Uilyamsla razılıq əldə edib.
İspaniya mətbuatının məlumatına görə, klub hazırda Baskoniya təmsilçisi ilə danışıqları da yekunlaşdırmaq üzrədir. Kataloniya klubu transferə görə 60 miolyon avro ödəməyə hazırdır. Xatırladaq ki, Almaniyada “qırmızı furiya” ilə Avropa çempionu olan 22 yaşlı forvard ötən mövsüm keçirdiyi 48 oyunda 10 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Atletik”lə müqavilə müddəti 2027-ci ilin yayında başa çatır.

CANLI YAYIM