"Mançester Yunayted" Vinisiusu transfer etmək istəyir

23 İyul, 12:00 Sosial mediada paylaşın:
“Real Madrid”in cinah hücumçusu Vinisius Junior karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
İspaniya mətbuatının məlumatına görə, Premyer Liqa təmsilçisi 23 yaşlı cinah hücmçusuna görə qarşı tərəfə 230 milyon avro təklif edib. Artıq Mançester klubu braziliyalı futbolçuya müqavilə də təklif edib. Vinisius “Yunayted”in 5 illik müqavilə təklifini qəbul edəcəyi halda bu müddət ərzində 230 milyon avro məvacib alacaq. Xatırladaq ki, braziliyalı futbolçu  2018-ci ildə “Flamenqo”dan “Real Madrid”də keçib. Onun “Kral klubu” ilə müqavilə müddəti 2027-ci ilin yayında başa çatacaq. Vinisius ötən mövsüm “Real”ın heyətində keçirdiyi 39 oyunda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM