ABŞ millisi 3-cü hazırlıq görüşündə də qalib gəldi

18 İyul, 13:10 Sosial mediada paylaşın:
Paris Olimpiadasına hazırlaşan Amerika Birləşmiş Ştatları millisi 3-cü hazırlıq görüşünə çıxıb. 
Əbu-Dabinin “Etihad” arenasında Stiv Kerrin komandası Serbiya yığması ilə qarşlaşıb.  İlk period bərabər mübarizə şəraitində keçib. Amma ikinci bölümdən etibarən amerikalılar təşəbbüsü ələ alıb. Nəticədə “yeni qitə”nin nümayəndələri fasiləyə 14 xallıq üstünlüklə yollanıb. İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Uzaq məsafədən atışlara daha çox üstünlük verən ABŞ basketbolçuları görüş ərzində 16  dəqiq “üçlük”dən yararlanıb. Məhz bunun nəticəsində 3-cü periodda xal fərqi 30-a qədər yüksəlib. Matçın son bölümünü də nəzarət altında saxlayan amerikalılar meydanı böyükhesablı qələbə ilə tərk edib: Amerika Birləşmiş Ştatları – Serbiya 105:79. Oyunun ən məhsuldar basketbolçusu Stefen Körri olub. Görüş ərzində 6 dəqiq 3-lükdən yararlanan “Qolden Steyt”in lideri ümumilikdə 24 xal toplayıb. “Denver”də çıxış edən Serbiya millisinin lideri isə 16 xal və 11 ribaundla yadda qalıb. Xatırladaq ki, bu komandalar avqustun 28-də Olimpiadanın basketbol yarışının ilk turunda da üz-üzə gələcəklər.

CANLI YAYIM