"Neftçi" ardıcıl 2-ci yoxlama oyununda da qalib gəldi

18 İyul, 12:09 Sosial mediada paylaşın:
Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" daha bir yoxlama oyununa çıxıb. 
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb. Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Neftçi"nin qollarını Mark Tamaş və Yeqor Boqomolski vurub.  Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

CANLI YAYIM