Jonatan Ta De Liqtin gedişindən sonra "Bayern"ə keçəcək

16 İyul, 12:10 Sosial mediada paylaşın:
“Bayern Münxen” “Bayer Leverkuzen”in müdafiəçisi Jonatan Tanın transferində israrlıdır.
Amma bundesliqanın ən titullu klubu Almaniya millisinin arxa xətt oyunçusunun keçidini rəsmiləşdirmək üçün Matteys De Liqti “Mançester Yunayted”ə satmaq fikrindədir. Məsələ ondadır ki, Premyer Liqa təmsilçisi Niderland yığmasının müdafiəçisini transfer etmək üçün Münhen klubuna təklif göndərsə də, son 4 gündə danışıqları dayandırıb. De Liqt də karyerasını İngiltərədə davam etdirmək istəyir. Elə “Bayer Leverkuzen” in futbolçusu da “Bayer Münxen”lə müqavilənin şərtlərini razılaşdırıb. Xatırladaq ki, Ta 2015-ci ildə “Hamburq”dan “Bayer”ə keçib. O bu komandada keçirdiyi 353 oyunda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı müdafiəçinin Leverkuzen klubu ilə müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq.

CANLI YAYIM