"Arsenal"ın müdafiəçisi "Latsio"ya keçdi

16 İyul, 12:00 Sosial mediada paylaşın:
“Latsio” Londonun “Arsenal” komandasının müdafiəçisi Nunu Tavareşi icarəyə götürüb.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Müqaviləyə əsasən, Roma təmsilçisi növbəti il portuqaliyalı futbolçunun transfer hüququna sahib çıxa bilər. Xatırladaq ki, 24 yaşlı oyunçu 2021-ci ildə “Benfika”dan “Arsenal”a keçib. O, ötən mövsüm icarə əsasında “Nottingem Forest”də çıxış edib və 12 oyunda heç bir statistik göstərici ilə yadda qalmayıb. Buna qədər icarə əsasında “Monpelye”də də oynayan Tavareş ümumilikdə “Arsenal”ın heyətində keçirdiyi 28 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

CANLI YAYIM