"Neftçi" "Beşiktaş"ın futbolçusu ilə maraqlanır

15 İyul, 14:00 Sosial mediada paylaşın:
Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçunun keçidini həll etmək istəyir.
 Söhbət “Beşiktaş”ın futbolçusu Aydın Hasiçdən gedir. Yerli mətbuatın məlumatına görə paytaxt təmsilçisi Bosniya əsilli futbolçunu icarəyə götürmək üçün İstanbul klubu ilə danışıq aparır. 2020-ci ildən “Beşiktaş”a keçən yarımmüdafiəçi müxtəlif klublarda icarədə olub. O,  son mövsümü Bosniya və Hersoqovinanın “Sarayevo” klubunda keçirib.

CANLI YAYIM