U-20 millimiz Avropa çempionatında mübarizəyə başlayır

12 İyul, 13:15 Sosial mediada paylaşın:
Bu gün 20 yaşadək basketbolçulardan ibarət yığmamız Avropa çempionatında mübarizəyə başlayır.
Komandamız "B" divizionunda  Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya seçmələri ilə B qrupunda yarışacaq.   Basketbolçularımız ilk oyunu saat 21:30-da Portuqaliya yığmasına qarşı keçirəcək. Qeyd edək ki,  qitə çempionatında B divizionunun matçları Rumıniyanın Piteşti şəhərində təşkil olunur.

CANLI YAYIM