"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

 

Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı slovakiyalı hakim Filip Qlova idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" turnir cədvəlində 3 xalla 33-cü, FKSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb. Ağdam təmsilçisi pley-offa vəsiqə şanslarını davam etdirmək üçün bu gün mütləq qələbə qazanmalıdır. Azərbaycan klubu məğlub olsa, avrokuboklarla vidalaşacaq.

"Qarabağ" Liqa mərhələsində son görüşünü yanvarın 31-də Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.